“Qarabağ”ın və millimizin futbolçusu Toral Bayramov Ağdama yollanıb.
QOL.az xəbər verir ki, bu barədə 24 yaşlı müdafiəçi öz sosial şəbəkə hesablarında paylaşım edib.
Belə ki, Toral Azərbaycan Milli Qəhrəmanı, “Qarabağ”ın mərhum kapitanı bə baş məşqçisi Allahverdi Bağırovun məzarını ziyarət edib.
Bayramov həmin vaxt çəkdirdiyi fotonu paylaşaraq yazıb: “Ruhun şad olsun, kapitan”.
Xatırladaq ki, keçən il Azərbaycanın ən yaxşı futbolçusu seçilən Toral 2018-ci ildən "Qarabağ"ın şəfini qoruyur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC