Bu gün I Liqada XV tura yekun vurulub.
Presssport.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.
"Bakı Sportinq" son pillədə gedən "Mingəçevir"i qəbul edib. Oyun autsayderin qələbəsi ilə başa çatıb.
Bu "Mingəçevir"in mövsümdə 2-ci qələbəsidi. Belə ki, komanda sonuncu dəfə sentyabrın 13-də çempionatın ilk turunda MOİK-ə qalib gəlib.
"Difai" isə "Qaradağ Lökbatan"dan üstün olub - 2:1.
20 fevral (cümə axşamı)
13:30. “Bakı Sportinq” – “Mingəçevir” - 0:1
Qol: Aqil Nəsibov, 80.
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Elman Kərimov, Vüqar Həsənli
Binə qəsəbə stadionu
14:00. “Difai” – “Qaradağ Lökbatan” - 2:1
Qollar: Seymur Əliyev, 23. Kristian Kamta, 39 – Nurlan Novruzov, 35.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev
Şamaxı OİK stadionu
19 fevral (çərşənbə)
“Cəbrayıl” – “Karvan” - 1:1
MOİK – “Qəbələ” - 0:4
“İmişli” – “Zaqatala” - 1:0
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC