Dünyanın ən yaxşı 100 yarımmüdafiəçisindən biri “Neftçi”də!

Dünyanın ən yaxşı 23 yaşadək yarımmüdafiəçiləri açıqlanıb.

Presssport.az xəbər verir ki, CİES planetin 46 liqası üzrə yerdə ən yaxşı müdafiə qabiliyyətinə malik oyunçuları üzə çıxarıb.

Siyahıda 2 azərbaycanlı futbolçu da yer alıb. “Turan Tovuz”un futbolçusu Fərid Yusifli dünyada 85-cidi. Onun reytinqi 64,3-ə bərabərdi.

“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov 89-cu pillədə qərarlaşıb. Onun reytinqi 64,1-lə qiymətləndirilib. Hər 2 futbolçu mərkəz yarımmüdafiəçisidi.

Siyahıya Rokko Reyts başçılıq edir. Mönhenqladbax “Borussiya”sının futbolçusu 86,9 əmsala layiq görülüb.

“Barselona”lı Mark Kasado 84,9 reytinq xalı ilə 2-cidir. İlk “3-lüy”ü “Genk”in oyunçusu İbrahima Banqura qapayır – 83,5.

Gənc ulduzlardan Rayan Qravenberx (“Livepul”) 5-ci, Joao Neveş (PSJ) 6-cı, Eduardo Kamavinqa (“Real”) 9-cudu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC