Yüksək Liqa: Lider ilk məğlubiyyətin acısını daddı

Bu gün Yüksək Liqada III dövrənin ilk oyunları keçirilib. 

Presssport.az xəbər verir ki, XI turun açılış matçında lider “Baku Fire” ilə 2-ci pillədə qərarlaşan “Araz-Naxçıvan” üz-üzə gəlib. 

"CBC Sport"la canlı yayımlanan oyunu prinsipial edən məqamlardan biri də Yüksək Liqanın cari mövsümündə “Araz-Naxçıvan”ın rəqibini məğlub edə bilməməsi və turnir cədvəlində ondan geri qalması idi. İlk yarısı qolsuz başa çatan görüşün taleyini bir qol həll edib. Çempion vacib qələbə qazanaraq liderlə xal fərqini minimuma endirib. Onu da qeyd edək ki, bu, "Baku Fire" komandasının cari mövsümdə ilk yenilgisi olub. 

“Neftçi” də “Baku Fire”in büdrəməsindən istifadə edib. Nominal qonaqlar ən yaxın izləyicisi ilə matçda inamlı qələbə qazanıb. 

Tura U-19-la “Yasamal Bakı” dueli ilə yekun vurulub. Hesabı autseyder açsa da, gənclərin cavabı ardıcıl qollarla gəlib. Yekunda qələbə qazanan milli xal ehtiyatını 9-a çatdırıb.

Baku Fire – Araz-Naxçıvan (0:0) 0:1

20 fevral. Bakı İdman Sarayı. Saat 14:00

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, İmran Məhərrəmov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Roman Adamov, 22:17

Sarı vərəqələr: Fərid Ələkbərov, 13:37, Murad Quluzadə, 17:24 // Ülvi Əliyev, 5:16, Roman Adamov, 13:13, Amirhossein Rasouli, 18:38

Şuşa – Neftçi İK (1:4) 1:7

20 fevral. Bakı İdman Sarayı. Saat 16:00

Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Anar Fərəcov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Rüstəm Bağırov, 16:00 // Mortoza Haydari, 7:01, 19:14, Fərid Atakişiyev, 14:26, 34:32, Abdul Qafar, 18:33, 24:12, 39:18

Sarı vərəqələr: Sadegh Javid, 11:43, Aidar Turarov, 25:14 // Xətai Bağırov, 4:36, Eldar Zeynalov, 22:10, Mirzə Əmirov, 39:04

Qırmızı vərəqə: Sadegh Javid, 19:13 (ikinci sari vərəqə)

U-19 – Yasamal Bakı (4:1) 7:1

20 fevral. Bakı İdman Sarayı. Saat 18:00

Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Ədalət Ələkbərov, 9:53, 15:05, 37:16, Oqtay Mahmudzadə, 10:33, Rəvan Məşiyev, 12:57, Ümid Qəhrəmanov, 27:09, Rəvan Quliyev, 31:57 // Anar İsayev, 8:14

Sarı vərəqələr: Rəvan Məşiyev, 2:10, Oqtay Mahmudzadə, 10:49 // İmaməli Hüseynov, 10:32, Ceyhun Nağıyev, 31:57

Qırmızı vərəqə: İmaməli Hüseynov, 15:04 (ikinci sari vərəqə), Elçin Məmmədov, 39:31

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC