Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin cavab görüşləri start götürüb.
Presssport.az xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib.
Bununla da pley-offdan 1/8 finala adlayan ilk 4 komanda müəyyənləşib.
Ötən həftə səfərdə "Feyenoord"a uduzan "Milan" evdə də bu rəqibə qalib gələ bilməyib. Bununla da "Milan" ÇL-də mübarizəni dayandırıb.
"Bavariya" ilk matçda məğlub etdiyi "Seltik"lə doğma meydanda üz-üzə gəlib. Münhen təmsilçisi 90+4-cü dəqiqəyədək məğlub durumda olsa da, sonda hesabı bərabərlədirərək mərhələ adlamağı bacarıb.
Həmçinin "Brügge" və "Benfika" da 1/8 finala vəsiqə qazanıb. Özü də "Benfika"nın cavab matçındakı 3 qolundan 2-ni Türkiyə millisinin üzvləri vurub. Belə ki, əvvəlcə hücumçu Kerem Aktürkoğlu, sona yaxın isə yarımmüdafiəçi Orkun Kökçü fərqlənib.
Xatırladaq ki, pley-offun digər 4 oyunu sabah keçiriləcək. Mərhələnin qalibləri 1/8 finalda mübarizə aparacaq. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
18 fevral
21:45. "Milan" (İtaliya) – "Feyenoord" (Niderland) - 1:1
Qollar: Ximenez, 1 - Karranza, 73
Qırmızı vərəqə: Hernandez, 51 ("Milan"), Read, 90+7 ("Feyenoord")
(İlk oyun - 0:1)
00:00. "Benfika" (Portuqaliya) – "Monako" (Fransa) - 3:3
Qollar: Aktürkoğlu, 22, Pavlidis, 76-pen; Kökçü, 84 - Minamino, 32, Seqir, 51, İllenihena, 81
(İlk oyun - 1:0)
00:00. "Atalanta" (İtaliya) – "Brügge" (Belçika) - 1:3
Qollar: Lukman, 46 - Talbi, 3, 27, Yotqla, 45+3
Qırmızı vərəqə: Toloi, 87 ("Atalanta")
(İlk oyun - 1:2)
00:00. "Bavariya" (Almaniya) – "Seltik" (Şotlandiya) - 1:1
Qollar: Deyvis, 90+4 - Kun, 63
(İlk oyun - 2:1)
19 fevral
21:45. “Borussiya” (Dortmund, Almaniya) - “Sportinq” (Portuqaliya)
(İlk oyun - 3:0)
00:00. PSV (Niderland) - “Yuventus” (İtaliya)
(İlk oyun - 1:2)
00:00. PSJ (Fransa) - “Brest” (Fransa)
(İlk oyun - 3:0)
00:00. “Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)
(İlk oyun - 3:2)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC