Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə yekun vurulub.
Presssport.az xəbər verir ki, 2-ci oyun günündə 4 cavab görüşü keçirilib.
Günün maraqla gözlənilən matçlarından biri "Santyaqo Bernabeu"da oynanılıb. İlk görüşdə 3:2 hesablı qələbə qazanan "Real" "Mançester Siti"ylə erkən final da adlandırılan dueldən qalib ayrılıb.
PSJ həftə əvvəl darmadağın etdiyi digər Fransa təmsilçisi “Brest”i bu dəfə daha böyük hesabla məğlub edərək, adını 1/8 finala yazdırıb.
PSV - "Yuventus" matçının əsas vaxtında Niderland təmsilçisi 2:1 hesabı ilə üstün olub. İlk görüşdə Turin klubu eyni hesabla qalib gəldiyinə görə əlavə vaxt oynanılıb. PSV əlavə vaxtda daha 1 qol vuraraq "Yuventus"u məğlub edib.
Eyni zamanda Dortmund "Borussiya"sının da növbəti mərhələyə vəsiqə qazandığı dəqiqləşib.
Xatırladaq ki, bunadək "Feyenoord", "Bavariya", "Brügge" və "Benfika" 1/8 finala adlayıb.
1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
19 fevral
21:45. “Borussiya” (Dortmund, Almaniya) - “Sportinq” (Portuqaliya) - 0:0
(İlk oyun - 3:0)
00:00. PSV (Niderland) - “Yuventus” (İtaliya) - 3:1
Qollar: Perişiç, 53, Saibari, 74, Flaminqo, 98 - Vea, 63
(İlk oyun - 1:2)
00:00. PSJ (Fransa) - “Brest” (Fransa) - 7:0
Qollar: Barkola, 20, Kvaratsxeliya, 39, Vitinya, 59, Due, 64, Mendeş, 69, Ramos, 76, Mayulu, 86
(İlk oyun - 3:0)
00:00. “Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə) - 3:1
Qollar: Mbappe, 4, 33, 61 - Qonzales, 90+2
(İlk oyun - 3:2)
18 fevral
"Milan" (İtaliya) – "Feyenoord" (Niderland) - 1:1
(İlk oyun - 0:1)
"Benfika" (Portuqaliya) – "Monako" (Fransa) - 3:3
(İlk oyun - 1:0)
"Atalanta" (İtaliya) – "Brügge" (Belçika) - 1:3
(İlk oyun - 1:2)
"Bavariya" (Almaniya) – "Seltik" (Şotlandiya) - 1:1
(İlk oyun - 2:1)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC