UEFA-nın yenilənən reytinqi: Azərbaycan klubları neçəncidi?

UEFA avrokubokların pley-off mərhələsinin cavab oyunlarından sonra klubların reytinq cədvəlini yeniləyib.

Presssport.az xəbər verir ki, siyahıya əvvəlkitək “Real” başçılıq edir. 

Madrid klubunun 140.000 xalı var. “Mançester Siti” 2-ci (137.750), “Bavariya” 3-cüdür (128.750).

Son 5 mövsümün göstəricilərinə əsasən hazırlanan reytinqdə Azərbaycan 7 klubla təmsil olunur. Onlar arasında ən yaxşı göstəriciyə malik təmsilçimiz "Qarabağ”dı. Belə ki, Ağdam təmsilçisi 32.000 xalla 66-cı yeri tutur.

Ümumilikdə Azərbaycan klublarının reytinq sıralaması aşağıda qeyd edilən kimidir:

66. “Qarabağ” - 32.000

187. “Neftçi” -  8.000

310. “Zirə” - 4.000

311. “Sabah” - 4.000

315. “Sumqayıt” - 4.000

329. “Qəbələ” - 3.000

330. “Şamaxı” - 2.500

Azərbaycan ölkə olaraq isə UEFA sıralamasında əvvəlkitək 28-ci yeri tutur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC