Azərbaycan Premyer Liqasında ən böyük fərq - "Qarabağ" bacardı

Azərbaycan çempionatları tarixində ilk dəfə iki komandanın şəxsi oyunlarındakı ümumi top fərqi 100-ü keçib.

Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ”la “Sumqayıt”ın görüşlərində qeydə alınıb.

İndiyədək 50 dəfə qarşılaşan komandaların matçlarında texniki nəticə nəzərə alınmamaqla Ağdam klubu 124, Sumqayıtın eyniadlı təmsilçisi 23 qola sevinib.

Onu da bildirək ki, 2 komandanın görüşlərdəki 2-ci ən böyük fərq “Qarabağ”la “Şamaxı”nın qarşılaşmalarına məxsusdur. Ağdam təmsilçisi 68 topluq üstünlüyə malikdir – 114-46.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC