"Qarabağ"ın UEFA reytinqində mövqeyində dəyişiklik olub

UEFA avrokuboklarda 1/8 final mərhələsinin ilk oyunlarından sonra reytinq siyahısına yeniləmə edib.

Presssport.az xəbər verir ki, siyahıda Azərbaycan əvvəlkitək 7 klubla təmsil olunur.

Fevralın 21-də açıqlanmış son reytinqlə müqayisədə Azərbaycanın siyahıda ən üst mövqeyə malik təmsilçisi “Qarabağ”ın mövqeyində dəyişiklik olub. Belə ki, Ağdam təmsilçisi 1 pillə geriləyərək 67-ci yerə düşüb. Onun ehtiyatında 32.000 xal var.

Ümumilikdə klublarımızın son reytinq sıralaması aşağıda qeyd edilən kimidir:

67 (-1). Qarabağ” - 32.000

187 (0). “Neftçi” -  8.000

310 (0). “Zirə” - 4.000

311 (0). “Sabah” - 4.000

315 (0). “Sumqayıt” - 4.000

332 (-4). “Qəbələ” - 3.000

333 (-3).  “Şamaxı” - 2.500

Klub reytinqinə isə əvvəlkitək Madrid “Real”ı (142.000 xal) başçılıq edir.

Xatırladaq ki, UEFA reytinqində Azərbaycan da ölkə 1 pillə geriləyərək hazırda 29-cu yerdədi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC