"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi “Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının ən yaxşı qolunun müəllifi olan Turan Manafov mükafatlandırılıb.
Pressport.az xəbər verir ki, “Kəpəz” klubunun futbolçusuna mükafatı Misli Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Kəpəz” görüşündən əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.
Xatırladaq ki, Manafovun 19-cu turun "Turan Tovuz"la Tovuzdakı matçında (5:2) vurduğu qol ən yaxşı seçilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC