“Neftçi”dən 8 Mart təbriki

Misli Premyer Liqasının 26-cı turu çərçivəsində “Turan Tovuz”la qarşılaşan “Neftçi”nin futbolçuları meydana gül dəstələri ilə çıxıb.

Presssport.az xəbər verir ki, əsas komanda üzvləri “Neftçi”nin qadınlardan ibarət kollektivinin üzvlərini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Xanım “Neftçi”lilər meydanı alqışlarla tərk edib.

Bundan əlavə, "ağ-qaralar" oyunöncəsi isinmə hərəkətlərinə xüsusi formada çıxıb. Belə ki, formanın qabağında 8 Mart Beynəlxalq Qadınlar Gününə dəyər verən “Tək bu gün yox, hər gün!” sözləri yazılıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC