MOK-da Avropa Kəndirlə Mübarizə Federasiyasının nümayəndə heyəti ilə görüş olub

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) nümayəndə heyəti ilə görüş olub.

Presssport.az MOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, ETWF-nin prezidenti Ralf Brauninger, baş katibi Anders Andersson, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin sədri Elnur Şıxəliyev iştirak edib.

Əliyev Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlər və qazanılan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, MOK ETWF-yə ölkəmizdə bu idmanın inkişafı üçün lazımi dəstək göstərməyə hazırdı.

Səmimi görüşə görə təşəkkürünü bildirən Brauninger ölkəmizə səfəri barədə danışıb. O, səfər çərçivəsində kəndirlə mübarizə idman növünün inkişafı üçün bir sıra görüşlərdə iştirak etdiyini bildirib. Brauninger martın 9-da Abşeron Olimpiya İdman Kompleksində idmançılar, məşqçilər və hakimlər üçün seminar keçirildiyini qeyd edərək öz təcrübəsini yerli idmançılarla bölüşdüyünü söyləyib.

O, həmçinin iyunda Bakıda kəndirlə mübarizə idman növü üzrə beynəlxalq səviyyəli "Turan Kuboku"nun keçiriləcəyini bildirib.

Görüş zamanı Azərbaycanda kəndirdartma idman növünün inkişafı istiqamətində görülən işlər, ETWF ilə əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC