Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Presssport.az xəbər verir ki, o, finalda italiyalı Aurora Russoyla qarşılaşıb.
U-20 Avropa və dünya çempionu ünvanına sahib olan rəqib güləşçiylə görüşə daha inamlı başlayan Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı idmançı debüt etdiyi U-23 Avropa çempionatının qalibi olub.
Əsmər Cankurtaran (50 kq) isə türkiyəli Songül Kavakla görüşü yüksək səviyyədə keçirib. Rəqibinə 9:3 hesabıyla qalib gələn həmyerlimiz bürünc medala sahib çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC