Əsas yığmamıza ilk dəfə yerli I Liqadan futbolçu dəvət edilib.
Presssport.az xəbər verir ki, millinin bu gün açıqlanan 25 nəfərlik heyətində “Qəbələ”nin 20 yaşlı yarımmüdafiəçisi Şahin Şahniyarov da yer alıb.
Portuqaliyalı baş məşqçimiz Fernandu Santuş keçirdyi mətbuat konfransında bu futbolçunu seçməsinin səbəbini belə izah edib: "Onda çox keyfiyyət gördüm. Mən və koməkçilərim tez-tez aşağı liqalardakı oyunları izləyirik. Orda bir çox oyunçular diqqətimizi cəlb edir. U-17 Liqasını və əvəzedicilərin çempionatını da izləmişəm. Bu, Azərbaycan millisidi. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə kömək etməlidi. Yaşından asılı olmayaraq, milli komandanın qapıları hər bir azərbaycanlı futbolçunun üzünə açıqdı. Özlərini göstərəndə milliyə dəvət alacaqlar".
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC