Emin Əmrullayev Latviya Basketbol Assosiasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və vitse-prezidenti Fərrux Mahmudov ölkəmizdə işgüzar səfərdə olan Latviya Basketbol Assosiasiyasının prezidenti Raymonds Veyonis və digər nümayəndələrlə görüşüb.

Presssport.az ABF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsi və qarşıdakı planlar müzakirə edilib.

Veyonis ABF-nin uşaq basketbolunun inkişafına dair böyükmiqyaslı planları ilə tanış olaraq bu işləri yüksək qiymətləndirib. Bundan əlavə, 3x3 basketbolun qarşılıqlı olaraq ölkələr arasında sistemli inkişaf etdirilməsi də görüşün əsas müzakirə mövzularından biri olub.

Görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC