"Sabah"ın akademiyasında ingilis dili tədris olunacaq

“Sabah” klubu və “Edu Max Academy” şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb. 

Presssport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, müqaviləyə əsasən, şirkət “Sabah”ın U-11, U-12 və U-13 komandalarının üzvləri üçün ingilis dili kursları təşkil edəcək.

Əməkdaşlıq müqaviləsinin əsas məqsədi klubun akademiyasının azyaşlı üzvlərinin xarici dil biliklərinin təkmilləşdirilməsi və bununla da onların gələcəkdə beynəlxalq futbola adaptasiyalarını mümkün qədər asanlaşdırmaqdan ibarətdi. 

Onu da bildirək ki, “Edu Max” şirkətinin əsas fəaliyyət istiqamətləri xaricdə təhsil, beynəlxalq imtahanlara hazırlıq və yay məktəbləri təşkilini həyata keçirməkdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC