2025/26 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib. Presssport.az xəbər verir ki, qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi “Conext25 PRO” toplarından yararlanacaq.
Bu haqda PFL-in mətbuat xidməti məlumat yayıb.
Ən yüksək səviyyəli oyunlar üçün nəzərdə tutulmuş, FİFA tərəfindən rəsmi olaraq təsdiqlənmiş “Conext25 Pro” xüsusi hazırlanmış, keyfiyyətli polietilen materialından istehsal edilmişdi. Bu, topun dayanıqlığını və müxtəlif hava şəraitində istifadəsini təmin edir. Topun səthi mükəmməl hava axını və yüksək sürət təmin edən xüsusi qatlara malikdi. Daxili hazırlanma texnologiyası topun təzyiqini yaxşı saxlamağa hesablanıb.
Top unikal və parlaq rəngləri ilə seçilir. “Conext25 PRO”nun rəngi onun meydançada vizual olaraq görünməsini asanlaşdırır. Top hazırlanarkən onun təhlükəsizliyinə və möhkəmliyinə xüsusi önəm verilmişdi.
Ötən il Premyer Liqada istifadə edilən, 2024-cü il Avropa çempionatının rəsmi topu olan “Fussballiebe” gələn mövsüm I Liqa klublarının ixtiyarında olacaq. Alman dilindən tərcümədə “futbol sevgisi” mənasını verən “Fussballiebe”-nin üzərində - turnirin loqotipinin ətrafında iştirakçı ölkələrə işarə edən qırmızı, göy, yaşıl və narıncı rənglər təsvir edilib. Həmçinin Almaniyada baş tutmuş yarışda matçların keçirildiyi 10 şəhərin adı və stadionların illüstrasiyası əks olunub.
Bu top bioloji əsaslı materiallardan hazırlanıb. Sürətli və dəqiq oyuna imkan yaradan yüksək aerodinamikaya malikdi. Üst təbəqə sabit və ikiqatlı xarici qabığı ilə ekoloji cəhətdən təmiz və təbii rezindən ibarət mərkəzi hava kamerası, müasir “CTR-CORE” ilə dəstəklənir. Top həm meydanda, həm də meydandan kənarda geniş şəkildə tədqiq edilmiş və sınaqdan keçirilmişdi.
II Liqa komandalarının üzvləri “Adidas Tiro Pro”-nu “qovacaq”. Onlara bu toplar hədiyyə ediləcək. “Adidas Tiro Pro” futbol topu ən yüksək FIFA reytinqli, ənənəvi 32 lövhəli dizayna malikdir. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC