Azərbaycanda səfərdə olan portuqalı ulduz Luiş Nani "Qarabağ"ın futbolçuları ilə görüşüb.
Presssport.az xəbər verir ki, 39 yaşlı keçmiş yarımmüdafiəçisylə görüşdə millimizin də üzvü olan qapıçı Şahruddin Məhəmmədəliyev və kabo-verdeli yarımmüdafiəçi Patrik Andrade iştirak edib.
Ağdam klubunun oyunçuları bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Bu yerdə bildirək ki, Məhəmmədəliyev və Nani ötən mövsüm Türkiyənin "Adana Dəmirspor" klubunda forma geyinib.
Xatırladaq ki, Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq üzvü dünən Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının püşkatmasında iştirak etmək üçün ölkəmizə gəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC