"Xoşbəxtlikdən həmişə düzgün insanlara rast gəlmişəm, həmişə düzgün insanlar rastıma çıxıb. Onlarla işləmişəm, indinin özündə də belədi. Azərbaycanda əməkdaşlıq etdiyimiz "Go and Play" futbol agentliyində də belə insanlar cəmləşib".
Bu fikirləri Presssport.az-a açıqlamasında amerikalı futbol agenti Skott Riçards deyib.
ABŞ-ın “Superior Squad Sports Management” şirkətinin rəhbər şəxslərindən olan adıçəkilən şəxs ölkəmizdə"Go and Play" futbol agentliyi ilə işbirliyinə böyük dəyər verib: “Üç ildən bir az müddətdi bir-birimizi tanıyırıq. İlk transferimiz Gürcüstana olmuşdu. Hətta iki transferi birdən eləmişdik. Bunlar amerikalı oyunçular idi. Bundan sonra bir-briimzi daha yaxından tanıdıq. Gördüm ki, Azərbaycanda sağlam düşüncəli, düzgün insanlar var və onlarla işləyə bilərəm. ”Go and Play" Azərbaycanda artıq tanınmışdı, onlara - Kamranla Eminə artıq güvən var. Düşündük ki, niyə də bu işi Azərbaycanda onlarla birgə görməyək?! Bir şeyi də nəzərə alaq ki, hər gün Azərbaycana gələ bilmirəm. Güvəndiyim, işlərimi burda görə biləcək insanlar varsa, mənim üçün problem yoxdu, əksinə, daha yaxşıdı".
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC