Abdullah Zubir “Qarabağ”da 300-cü oyununu keçirib.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXVII turuna təsadüf edib.
O, “Kəpəz”lə səfər görüşünün (0:0) 61-ci dəqiqəsində meydana çıxıb. 33 yaşlı legioner Ağdam klubunda keçirdiyi 300 matçda 66 qola imza atıb.
Zubir 2018/19 mövsümündən “Qarabağ”da forma geyinir. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) gerçəkləşib. Zubir 7 il ərzində 179 çempionat (46 qol), 23 kubok (5 qol) və 98 avrokubok (15 qol) qarşılaşmasında iştirak edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC