İran millisi 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
Presssport.az xəbər verir ki, qonşu ölkənin yıması DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin 8-ci turu çərçivəsində Özbəkistan yığmasıyla qarşılaşıb.
Tehranın “Azadi” stadionundakı oyun 2:2 hesabı ilə yekunlaşıb.
1-ci qrupda yer alan İran millisi seçmə mərhələnin başa çatmasına 2 tur qalmış 20 xal toplayıb və liderdi. Reqlamentə əsasən, hər qrupdan ilk 2 yeri tutan komandalar mundiala birbaşa vəsiqə qazanacaq. BƏƏ 7 turdan sonra 13 xalla 3-cü yerdədi və istənilən halda, qrupda iranlıları keçə bilməyəcək. Beləliklə, qonşu ölkənin yığmasının DÇ-2026-nın final mərhələsində mübarizə aparacağı dəqiqləşib.
17 xalla 2-ci pillədə qərarlaşan Özbəkistan yığması isə hələ də vəsiqə şansını qoruyur. Qrupdan 2-ci vəsiqə üçün isə Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri mübarizə aparır. Özbəklərin bu vəsiqəni qazanmaq şansı daha çoxdu. Sona 2 tur qalmış Özbəkistanın 8 oyundan 17, BƏƏ-nin isə 13 xalı var.
Maraqlıdır ki, növbəti turda məhz bu iki komanda BƏƏ-də üz-üzə gələcək (5 iyun). Həmin matçda qazanılacaq 1 xal belə Timur Kapadzenin baş məşqçisi olduğu Özbəkistan millisini DÇ-2026-ya aparacaq. Lakin mümkün məğlubiyyət olacağı halda belə, onlar 2-ci pillədəki mövqelərini qoruyacaq.
Bu halda isə özbəklər hazırda qrup 4-cüsü olan Qətərə qarşı evdə keçiriləcək matçda (10 iyun) qalib gəlməlidi. O zaman BƏƏ-nin autsayderlərdən olan Qırğızıstanla səfər matçının nəticəsi heç nəyi dəyişməyəcək və A qrupundan ABŞ-Kanada-Meksika trisonun qəbul edəcəyi mundiala yollanacaq 2-ci komanda məhz özbəklər olacaq.
Bununla da Özbəkistan Türkiyədən sonra dünya çempionatlarında oynayan ikinci türkdilli ölkə olacaq.
Xatırladaq ki, Asiyadan daha əvvəl Yaponiya və Yeni Zelandiya yığmaları mundiala vəsiqə qazanıb. ABŞ, Meksika və Kanada isə ev sahibləri kimi turnirin final mərhələsində yarışacaq. 2026-cı il dünya çempionatı 48 komandanın iştirakı ilə keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC