Misli Premyer Liqasının XXVIII turunda “Sumqayıt”ın qonağı olan “Sabah” səfərdə 3:3 hesablı heç-heçəyə imza atıb.
Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Bakı klubunun mövsümdə 15-ci bərabərliyi olub.
Paytaxt təmsilçisi bununla da 1992-ci ildən başlayan Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.
Bunadək rekord hərəyə 14 sülhə imza atan “Neftçi” (2009/10), “Bakı” (2012/13) və “Zirə”yə (2020/21) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC