Fərid Qayıbov Avropa Su İdmanı Növləri Federasiyasının prezidenti ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Su İdmanı Növləri Federasiyasının prezidenti Antoniu Silva ilə görüşüb.

Presssport.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə üzgüçülüyün inkişafı, beynəlxalq əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Avropa Su İdmanı Növləri Federasiyası və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Görüşdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Avropa Su İdmanı Növləri Federasiyasının vitse-prezidenti Yosip Varvodiç və digər şəxslər iştirak edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC