"Qarabağ"ın 14 yaşadək futbolçulardan ibarət komandası Niderlandda beynəlxalq turnirdə iştirak edəcək.
Presssport.az xəbər verir ki, Ağdam klubu "SV EPE U14 Youth Easter Cup" turnirində qüvvəsini sınayacaq.
"Köhlən atlar"ın rəqibləri “Utrext”, “Qo Ehed İqls”, “Feyenoord”, “Alkmaar”, “Epe” (hamısı Niderland), “Norşellan” (Danimarka), “Aston Villa” (İngiltərə), “Genk” (Belçika), “Volfsburq”, “Hamburq” (hər ikisi Almaniya) klubları və Lüksemburq millisi olacaq.
Yarış aprelin 18-20-si aralığında baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC