“Qarabağ”ın icarəsində olan meydançada yenilənmə

Uzunmüddətli icarə əsasında "Qarabağ" akademiyasının istifadəsində olan "Sərhədçi" İdman Mərkəzinin futbol meydançasının işıqlandırma sistemi klub tərəfindən müasirləşdirilib. 

Presssport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. 

Ənənəvi halogen əsaslı projektor lampalar tamamilə LED texnologiyası ilə əvəz olunub. Bu dəyişikliklə "köhlən atlar" yaşıl enerji istifadəsini təşviq etməklə həm qənaətə nail olub, həm də ətraf mühitə zərəri azaldıb. 

Əvvəlki sistemdə hər projektor orta hesabla 1000 watt enerji sərf edirdisə, LED lampalar bu göstəricini 300–400 watt civarına endirib. Bu isə hər istifadə zamanı təxminən 60%-ə qədər enerji qənaəti deməkdi. Sözügedən addım ildə 2 tona yaxın CO₂ emissiyasının qarşısı almağa imkan verəcək (1 kWh enerji üçün orta hesabla 0.283 kg CO₂ nəzərə alınsa).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC