Azərbaycanda keçiriləcək beynəlxalq reqata Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib

Azərbaycanda təşkil olunacaq “Prezident Kuboku-2025” beynəlxalq reqatası Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.

Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası məlumat yayıb.

Avropa Kanoe Assosiasiyasının rəsmi internet səhifəsində reqata haqqında geniş məqalə dərc olunub. Yazıda iştirakçı komandaların Bakıya gəlişi, açılış mərasimi, yarış və bağlanış günləri haqqında məlumat verilib.

Təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar bu il aprelin 28-də Bakıya gələcək. Bir gün sonra Mingəçevirdə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Aprelin 30-da Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata mayın 1-2-də Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mayın 2-də final görüşləri keçiriləcək.

Xatırladaq ki, “Prezident Kuboku-2023” və “Prezident Kuboku-2024” beynəlxalq reqataları da Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC