Azərbaycan Ağırlıqqaldırma Federasiyasının növbəti iclası keçirilib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) növbəti iclası keçirilib.

AAF-nin mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, toplantı qurumun mənzil-qərargahında vitse-prezident Firdovsi Umudovun rəhbərliyi ilə gerçəkləşib.

İclasda milli komandaların məşqçiləri ilə yanaşı, inzibatı heyətin əməkdaşları da iştirak ediblər.

Yığmanın təlim-məşq toplanışının yekunları ilə bağlı məşqçilərin hesabatı dinlənilib və qarşıdakı yarışlara hazırlıq səviyyəsi müzakirə olunub. İdmançıların yeni çəki dərəcələrinə keçidi və uyğunlaşma dövrünə nəzarət məsələləri ilə bağlı məşqçilər heyətinə konkret tapşırıqlar verilib.

Atletlərin inkişaf dinamikası ilə əlaqədar mütəmadi hesabatların hazırlanması onlara həvalə olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC