Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində davam edən gənclər arasında Avropa Kubokunun ilk günündə 2 qızıl və 2 bürünc medal qazanıb.
Presssport.az xəbər verir ki, Fərid Qarayev (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsüsünün ən yüksək pilləsinə qalxıb.
Nihad Məmişov (60 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medala sahib çıxıb.
Onu da bildirək ki, hazırda yığmamız 4 medalla ümumi sıralamaya başçılıq edir. Turnirə 23 ölkədən 412 cüdoçu qatılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC