“Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan "Qarabağ"ın futbolçusu Patrik Andrade mükafatlandırılıb.
Presssport.az xəbər verir ki, ona Misli Premyer Liqasının 29-cu turunda bu gün "Zirə" ilə görüşdən əvvəl mükafatlar təqdim olunub.
Mükafatları Tofiq Bəhramov adına Respublika stadionunda "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.
Xatırladaq ki, Patrik məhz "Zirə"ylə fevralın 2-də səfərdə baş tutan qarşılaşmada (2:3) baxımlı qola imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC