Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə Azərbaycan cüdoçuları 2 medal qazanıb.
Bu barədə Presssport.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Ayxan Həsənli (-73 kq) və Sübhan Axundov (+90 kq) yarışın gümüş medalına yiyələnib.
Turnirin ilk günündə cüdoçularımız 7 medalla yadda qalıb. Nərmin Ağamirzadə (-48 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl, Gülşən Hüseynova (-44 kq) gümüş, Mədinə Hüseynova (-40 kq), Anar Quliyev (-50 kq) Röyal Qayıbov (-60 kq) və Əli Hümbətov (-66 kq) bürünc medalın sahibi olub.
Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunu 9 medalla (2 qızıl, 3 gümüş və 4 bürünc) 38 ölkə arasında 2-ci sırada bitirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC