“Turan Tovuz” futbolçusunun azarkeşlə mübahisəsini yolverilməz sayır: "Daxili intizam qaydalarına uyğun olaraq müvafiq addımlar atılıb"

“Turan Tovuz” futbolçusu Veysəl Rzayevlə tribunada yer alan azarkeşlər arasında yaranmış mübahisəyə dair açıqlama yayıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlamada bildirilib:

“Misli Premyer Liqasının 29-cu turunda keçirilən “Səbail” - “Turan Tovuz” oyunundan sonra yaşanan xoşəgəlməz hadisə ilə bağlı təəssüf hissi keçirdiyimizi bildiririk. Məsafədən asılı olmayaraq hər zaman komandasının yanında olan, səfər oyunlarında belə ev oyunu ab-havası yaradan azarkeşlərimizin irad və təklifləri inkişafımız üçün çox vacibdir. Komandası ilə bütövləşmiş tribunada istənilən şəxsin təhqir olunması bizi daha da narahat edir. 

Bildirmək istəyirik ki, oyunçular tərəfindən azarkeşlərə qarşı göstərilən qeyri-adekvat reaksiya yolverilməzdir. Baş verən hadisə ilə bağlı oyunçulara qarşı klubumuzun daxili intizam qaydalarına uyğun olaraq müvafiq addımlar atılıb.  Hər zaman olduğu kimi “Turan” ailəsini vacib missiya uğrunda birlik olmağa çağırırıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC