"Sabah"ın futbolçusu Boyan Letiç Misli Premyer Liqasında yubiley oyununu keçirib.
Presssportaz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçinin 100-cü matçı XXIX tura təsadüf edib.
Bu matçlara yalnız "Sabah"ın heyətində çıxan serbiyalı futbolçu 4 qola imza atıb.
Onun debütü 2021/2022 mövsümündə gerçəkləşib. Letiç 2022-ci il fevralın 27-də, “Neftçi” ilə ev qarşılaşmasında (0:1) debüt edib. Sol cinah müdafiəçinin yubiley oyununda komandası 0:1 hesabı ilə uduzub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC