AFFA-nın bayrağı altında təşkil edilən U-15 Liqasında XXVII turun oyunları keçirilib.
Presssport.az xəbər verir ki, lider “Qarabağ”ın büdrəməsindən ən yaxın izləyicisi “Sabah” istifadə edərək turnir cədvəlində 1-ci pilləni darmadağınla ələ keçirib.
“Kəpəz” axır 2 turda ağır məğlubiyyətlərindən sonra qələbə qazana bilib. Özü də son pillənin sahibi “Dinamo” Gəncədən darmadağınla yola salınıb.
Gəncəlilərin aparıcı futbolçuları yenə öz sözlərini deyib. Belə ki, “Kəpəz”in U-15-nin bombardiri olan hücumçusu Ömər Məmmədov növbəti dəfə dubla imza atmaqla qələbədə əsas pay sahibi olub. Kapitan Məhdi Bağırov isə vurduğu qolla oyunda son nöqtəni qoyub.
Gəncəlilərin baş məşqçisi İlqar Hüseynov bu matda hər 2 qapıçıya şans verib. Belə ki, “1 nömrə” Qüdrət Qarayevlə əvəzləyicisi Əli Mehdiyev qoruduqları “çərçiçə”ni toxunulmaz saxlayıb.
Bu qələbədən sonra "Kəpəz" turnir cədvəlində 9-cu pilləyə yüksəlib və pley-offa vəsiqə verən 7-ci pillədən 6 xal geri qalır. Onu da bildirək ki, hazırda həmin yerdə qərarlaşan “Vətən” Nizami yurdunun təmsilçisindən 1 oyun artıq - 26 matç keçirib.
AFFA U-15 Liqası, XXVII tur
“Asta” – “Vətən” – 1:2
Əkbər Məmmədli, 57 - Davud Əbilov, 46; Qabil Kərimli, 80
“Sabah” – “Metak” – 8:2
Ayxan İbadov, 7; Ruslan Əbilov, 14, 24, 58, 79; Xəzər Hüseynzadə, 16; Çingiz Məmmədov, 68; Firdovsi Şeydayev, 73 - Seyid Davidov, 2; Nazim Mirzəyev, 74
“Sumqayıt” – “Zirə” – 0:1
Oğuz Əlisoy, 43
EFA – “Qarabağ” – 0:0
“Kəpəz” – “Dinamo” Baku – 4:0
Ömər Məmmədov, 31, 43; Anar İxtiyarov, 42; Məhdi Bağırov, 77
“Qəbələ” – “Turan Tovuz” – 2:1
Mübariz Kərimov, 78; Tunar Bayramov, 80+2 - Fuad Məmmədov, 67
“Səbail” – “Neftçi” – 0:6
Qafar Babayev, 2; Rəşad Şirməmmədli, 22, 50; Şikar Şikar, 41; Ümüd Hüseynov, 52; Harun Əliyev, 78 (pen.)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC