Region Liqasının rekordçusu "Rekord" və rekordçu qapıçısı

AFFA-nın bayrağı altında təşkil edilən Region Liqasında artıq 5 tur arxada qalıb.

Presssport.az xəbər verir ki, yeni mövsümdə ən yaxşı nəticəni hələ ki "Rekord" göstərir.

Belə ki, adıçəkilən komanda 5 oyundan sonra yüzfaizli nəticəylə - 15 xallıq çıxışıyla diqqət çəkir. 

“Rekord"un topların ən yaxşı fərqinə malik olmasıyla (+20) hamıdan seçilir. Belə ki, komandaa vurduğu 22 qolun qarşılığında qapıısnda cəmi 2 top görüb. Bunda isə heyətə cəlb olunan yeni qapıçı Məhəmməd Qurbanov böyük rola malikdi. Belə ki, vaxtilə əvəzedicilərdə “Səbail”də, I Liqada isə “Qaradağ Lökbatan”la MOİK-də qapıçı olan 23 yaşlı qolkiper təcrübəsiylə liderə çox kömək edərək, onun uğurlu çıxışına töhfə verir. Qurbanov keçən mövsüm bitəndən sonra klubsuz qalsa (hərçənd, buna layiq deyildi) da, yenə peşəkarlıq göstərərək Region Liqasına yollanmağı özünə eyib saymadı. İndi o, bu liqada ən az qol buraxan qapıçı kimi rekordçudu  

Onu da bildirək ki, “Rekord” hazırkı mövsümdə ən böyükhesablı qələbəni son turda qazanıb. Bu, evdə “Gənclər” PFM üzərində 8:1 hesablı qalibiyyət olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC