Avropa Cüdo İttifaqı Olimpiya çempionlarımızı mükafatlandırıb

Avropa Cüdo İttifaqı (EJU) Azərbaycanın Olimpiya çempionları Zelim Kotsoyev və Hidayət Heydərovu mükafatlandırıb.

Presssport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

EJU-nun cüdo düşərgəsinin açılış mərasiminə dəvət olunan azərbaycanlı cüdoçulara qurumun prezidenti Laslo Tot tərəfindən xatirə lövhəsi hədiyyə edilib.

Mərasimdə həmçinin Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli də mükafatlandırılıb.

Xatırladaq ki, Məmmədli Pekin-2008, Kotsoyevlə Heydərov Paris-2024-ün qalibləridi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC