ÇL-də 1/4 final başladı: "Real"dan acınacaqlı məğlubiyyət, "Bavariya" evdə uduzdu

Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsi start götürüb.

Presssport.az xəbər verir ki, ilk gündə 2 matç keçirilib.

"Bavariya" Münhendə “İnter”i qəbul edərək sona 2 dəqiqə qalmış buraxdığı qolla uduzub.

Günün digər oyunu isə Londonda olub. "Arsenal" turnirin son çempionu "Real"ı böyük hesabla məğub edb.

Xatırladaq ki, bu komandalar arasında cavab oyunları 15-16 apreldə keçiriləcək.

8 aprel

23:00. "Bavariya" (Almaniya) - "İnter" (İtaliya) - 1:2

Qollar: Müller, 85 - Martinez. 38, Frattesi, 88

Hakimlər: Sandro Şerer, Stefan de Almeyda, Yonas Erni, Lukas Fendriç (hamısı İsveçrə)

VAR: Fedayi San (İsveçrə)

AVAR: Pol van Bukel (Niderland)

23:00. "Arsenal" (İngiltərə) - "Real" (İspaniya) - 3:0

Qollar: Rays, 58, 70, Merino, 75

Qırmızı vərəqə: Kamavinqa, 90+4 ("Real")

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Beljo, Miloş Qiqoviç (hamısı Bosniya və Herseqovina)

VAR: Bastian Dankert (Almaniya)

AVAR: Kristian Dinqert (Almaniya)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC