Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində inşası davam edən Yevlax Olimpiya İdman Kompleksinə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ilə birlikdə baxış keçirib.
Presssport.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Nazir tikinti işlərinin vəziyyəti ilə yerində tanış olub, müasir standartlara cavab verəcək kompleksin funksionallığı ilə bağlı cavabdeh şəxslərlə müzakirələr aparıb, müvafiq tövsiyələr verib. III MDB Oyunlarının boks yarışları bu kompleksdə keçiriləcək.
Nazir həmçinin Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində aparılan əsaslı təmir işləri ilə də maraqlanıb. III MDB Oyunlarının akademik avarçəkmə, kanoe, taekvondo, karate idman növləri üzrə yarışları bu mərkəzdə təşkil ediləcək.
Qayıbov Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə birlikdə Qəbələ Olimpiya İdman Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə də yerində tanış olub. Təmir-bərpa işlərinin yüksək səviyyədə və vaxtında başa çatdırılmasının vacibliyini qeyd edən nazir hər iki idman qurğusunda aparılan təmir işləri ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi aparıb.
Qayıbov həmçinin Şəki Olimpiya İdman Kompleksinin hazırkı vəziyyəti və davam edən təmir işləri ilə maraqlanıb, müvafiq tövsiyələr verib. O, səfər çərçivəsində Şəki şəhər stadionuna da baxış keçirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC