“Neftçi”nin futbolçusu Emil Səfərov əməliyyat olunacaq.
Bu barədə Presssport.az-a paytaxt təmsilçisinin mətbuat katibi Asəf Zeynallı məlumat verib.
O, gənc yarımmüdafiəçinin hazırda məşqlərdə iştirak etmədiyini diqqətə çatdırıb:. “Əməliyyat gözlənilir. Amma dəqiq vaxt hələlik bəlli deyil”
Xatırladaq ki, 22 yaşlı Səfərov "Şamaxı"ya qarşı keçirdikləri Misli Premyer Liqasının XXIX turunun oyununda sıradan çıxıb. 20-ci dəqiqədə əvəzlənən yarımmüdafiəçinin çiynində problem aşkarlanıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC