“Qarabağ”da xoşbəxtəm, hər şey yaxşı olacaq” - Benzia

“Qalib gəldiyimiz üçün sevincliyik. Tam olaraq “Neftçi” ilə matça fokuslanmışdıq. Düşünürəm ki, daha çox qol vura bilərdik”. 

Presssport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Misli Premyer Liqasının 31-ci turunda “Neftçi” üzərində qazanılan qələbəni (3:0) şərh edərkən deyib.

O, çempionluğu rəsmiləşdirmək üçün “Zirə”nin büdrəməsinə ümid etmədiklərini vurğulayıb: “Çempionluğa çox yaxınıq. Qızıl medalları əldən verməyimiz mümkünsüz görünür. Bunun üçün gərək 5 oyunun hamısında uduzaq, “Zirə” isə qalan matçlarında qalib gəlsin. Təbii ki, ardıcıl 5 oyunda məğlub olmağımız qeyri-realdı. Deyə bilərik ki, çempionuq. “Zirə”nin “Sumqayıt”la matçda xal itirib-itirməməsi barədə düşünmürük. İnşallah növbəti turda çempionluğumuzu rəsmiləşdirərik”. 

Əlcəzairli futbolçu “Araz-Naxçıvan”a qarşı keçiriləcək ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçından da danışıb: “Artıq kubok oyununu düşünməliyik. Bizi qarşıda çətin görüş gözləyir. “Araz-Naxçıvan”a ilk oyunda uduzsaq da, vəziyyəti dəyişmək üçün əlimizdən gələni edəcəyik”. 

Y.Benzia son günlər mətbuatda karyerasını yeni mövsümdən Səudiyyə Ərəbistanıda davam etdirəcəyi barədə yayılan xəbərlərə belə münasibət bildirib: “İyuna qədər “Qarabağ”la müqaviləm var. Rəhbərliklə yeni sözləşmə barədə danışıqlarımız gedir. Burda olmaqdan xoşbəxtəm. İnşallah, hər şey yaxşı olacaq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC