"Turan Tovuz" meydançanın açılışını etdi

Bu gün Kürdəxanı qəsəbəsində yerləşən Hünər təlim-məşq bazasının inşası çərçivəsində nəzərdə tutulan standart ölçülü təbii örtüklü meydançalardan ilkinin açılış mərasimi keçirilib.

Presssport.az xəbər verir ki, mərasimdə millət vəkilləri Arzu Nağıyev və Azər Allahverənov, “Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev, İdarə Heyəti üzvləri, futbol veteranları, futbol ictimaiyyəti və media nümayəndələri iştirak edib.

Məulat üçün bildirək ki, istifadəyə verilən meydançanın ümumi ot örtüyü sahəsi 114 x 74 metr təşkil edir. Meydança beynəlxalq standartlara uyğun ot örtüyü və digər texniki göstəricilərə uyğun salınıb. Bundan başqa meydançaya bitişik 20 x 30 metrlik köməkçi məşq zonası, 20 x 10 metrlik açıq tipli isinmə hərəkətləri üçün məşq zonası var. Ərazidə inzibati bina və çəkiliş qülləsi tikilib.

İnzibati binada 55 kvadratmetrlik toplantı otağı, 32 nəfər üçün nəzərdə tutulan soyunub-geyinmə otağı, 12 yerlik duş , ayrıca ayaq yumaq üçün yer və sanitar qovşaq var.

Bundan əlavə binanın daxilində 25 kvadratmetrlik buz hovuzu, 20 kvadratmetrlik sauna, həkim və masaj otaqları komandaların ixtiyarına verilib.

Yoldaşlıq oyunlarını nəzərə alaraq bina daxilində 70 kvadratmetrlik, 15 yerlik soyunub-geyinmə otağı, 6 yerlik duş, ayrıca ayaq yumaq üçün yer və sanitar qovşaq qurulub.

Oyunları izləmək üçün hər mərtəbəsi 12 kvadratmetrdən ibarət olan 3 mərtəbəli izləmə qülləsi tikilib.

Qüllənin 1-ci mərtəbəsində binanın istilik və su təchizatını təmin etmək üçün müasir standartalara uyğun qazanxana sistemi yığılıb.

2-ci mərtəbə rəhbərlik və məşqçi heyətinin oyunu daha rahat izləməsi üçün nəzərdə tutulub.

3-cü mərtəbədə kamera nəzarət otağı yerləşir. Dam hissəsi isə açıq çəkiliş meydançası üçün nəzərdə tutulub.

Bundan əlavə stadion və ümumi ərazi yağış və suvarma sularına qarşı yüksək keyfiyyətli drenaj xətləri və quyuları quraşdırılıb. Ərazidə əlavə olaraq 100 tonluq köməkçi yanğın və suvarma su anbarı da istifadəyə verilib.

Onu da bildirək ki, ümumi ərazisi 5 hektardan böyük olan Kürdəxanı layihəsi çərçivəsində əsas korpus binasının tikintisi və əlavə 2 təbii örtüklü meydançanın salınması prosesi davam edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC