"Haqlı olaraq sual verə bilərsiniz ki, meydançanı niyə Tovuzda tikməmisiz?" - "Turan Tovuz"un rəhbəri

“Turan Tobuz”in İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun gələcək planları haqda danışıb.

Quliyev Tovuz təmsilçisinin Kürdəxanıdakı təlim-məşq bazasının açılış mərasimindən öncə Presssport.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərə açıqlamasında doğma rayonda görüləcək işlərə də toxunub: "Həmişə Tovuzdayıq, komanda gedib-gəlir. Yayda meydançalar salınmağa başayacağıq. Azarkeşlər komandanı Tovuzda görəcək. Haqlı olaraq sual verə bilərsiniz ki, meydançanı niyə Tovuzda tikməmisiniz? Çünki Tovuzdakı əsas meydanın ot örtüyü sünidi. Bütün yaş qrupları orda məşq edir. Tovuzda bizə bir neçə meydança lazımdı. Yayda meydançaları mərhələli şəkildə salacağıq. Layihə tam bitdikdən sonra komanda yaxın illərdə tam olaraq Tovuzda məskunlaşacaq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC