“Hazırda akademiyada 500-ə yaxın uşaq məşq edir. 50-dən çox uşaq 24 saat klubun bazasında qalır”.
Bunu Presssport.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.
O, futbol akademiyalarının işinə qiymət verərək, razılığını ifadə edib: “Yaxın bölgələrdən Ağstafada, Tovuzun bir neçə kəndində futbol akademiyaları açmışıq. Biz özümüzü tək Tovuzun yox, bütün Qərb bölgəsinin komandası olaraq görürük. Nəinki Qərbin, bütün Azərbaycanın komandasıyıq. Ona görə də xalqın komandası addım-addım istədiyimiz mərhələyə gələcək”.
Xatırladaq ki, “Turan Tovuz” Futbol Akademiyasına keçən yay Eltay Aslanov direktor, Ülfət Mədətov koordinator təyin olunub. Onlar bunadək Tovuzda - “Turan”ın futbolçusu olub, hazırkı klubun akademiyasında isə məşqçilik edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC