Şahin Bağırov Tovuz Regional Voleybol Klubunun üzvləri ilə görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Tovuz Regional Voleybol Klubunun üzvləri ilə görüşüb.

Presssport.az xəbər verir ki, AVF rəhbəri bölgədə voleybolun inkişafı ilə tanış olub, mövcud infrastruktur və perspektivlər barədə geniş müzakirələr aparıb.

Görüş zamanı klub üzvlərinin fəaliyyəti ilə yaxından tanış olan Bağırov onların hazırlıq səviyyəsi, məşq şəraiti və idman nailiyyətləri ilə maraqlanıb, həmçinin gənc voleybolçulara tövsiyələrini verib.

O, bölgələrdə idmanın inkişafının prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, AVF tərəfindən bu sahəyə daim diqqət və dəstəyin göstəriləcəyini qeyd edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC