Badmintonçularımız “Bulgarian Junior International 2025” beynəlxalq turnirdə medalçı olub

Azərbaycanın 19 yaşadək badmintonçuları Bolqarıstanın Svilenqrad şəhərində keçirilən “Bulgarian Junior International 2025” beynəlxalq turnirdə bürünc medal qazanıb.

Bu barədə Presssport.az-a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ülvi Hüseynov ilə Leyla Camalzadə qarışıq-qoşa kateqoriyasında yarmfinala yüksəlməklə bürünc mükafata sahib çıxıb.

Yarmfinala gedən yolda Lüksemburq və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələn təmsilçilərimiz finalın bir addımlığında Ülvi Hüseynovun zədələməsi səbəbindən mübarizəni dayandırmalı olub.

Camalzadə qızların şəxsi yarışında 1/8, Hüseynov isə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləməyi bacarıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC