Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə 5 oyunluq cəzalanıb.
Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Quluzadənin cəzalanmasına XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra hakimləri təhqir etməsi səbəb olub. Onun hərəkətinə görə Lokbatan klubu 400 manat cərimələnib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC