Dünya çempionu olmuş məşhur fristayler minifutbol üzrə mundial üçün Bakıya gəlib

Fransalı məşhur fristayler, bu növdə dünya çempionu olmuş Arno Qarnye Bakıya gəlib.

Presssport.az xəbər verir ki, 40 yaşlı idmançı Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı üçün Azərbaycana səfər edib.

O, bu gün Milli Gimnastika Arenasında turnirin açılış mərasiminə də qatılacaq.

Saat 19:00-da start götürəcək tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcək.

Xatırladaq ki, bu gün start götürən yarış iyunun 1-də başa çatacaq. Azərbaycan millisi bu gün saat 20:30-da Bəhreyn yığmasını sınağa çəkəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC