Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 33-cü tur oyununa çıxıb.
Presssport.az xəbər verir ki, komanda evdə “Əl-Xalec”lə qarşılaşıb.
Görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
65-ci dəqiqədə hücumçu Kriştiano Ronaldo eyni zamanda kapitanı olduğu "Əl-Nəsr"i hesabda irəli çıxarmaq şansı qazanıb. Lakin o, penaltini dəqiq yerinə yetirə bilməyib. 75-ci dəqiqədə Con Duran hesabı açıb. 90+7-ci dəqiqədə Ronaldo 11 metrlik cərimə zərbəsini qola çevirməyi bacarıb.
Onu da bildirək ki, Kriştianonun karyerasındakı 935-ci qol olub. 40 yaşlı oortuqaliyalı forvard daha əvvəl açıqlamasında qollarının sayını 1000-ə çatdırmağı hədəflədiyini bildirmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC