"Ani diqqətsizlik ucbatından baş verən səhv texniki məğlubiyyət almağımıza səbəb olub".
Presssport.az xəbər verir ki, bunu açıqlamasında “Zirə"nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə deyib.
Klub rəsmisi AFFA Gənclər Liqasında "Turan Tovuz"la qarşılaşmadan sonra komandaya verilən 0:3 hesablı texniki məğlubiyyətin səbəbindən danışıb: "Belə bir hal yaşandığı üçün təəssüf hissi keçiririk. Həqiqətən istəməzdik ki, belə olsun. İnanırıq ki, yenidən belə bir hal yaşanmayacaq".
Xatırladaq ki, AFFA İntizam Komitəsi adı protokolda qeyd edilməyən futbolçu meydana daxil olduğunu üçün "Zirə"yə 0:3 hesablı məğlubiyyət verib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC