"Çalışmalıyıq ki, hər bir qarşılaşmada gözəl oyun göstərək və qalib gələk" - kişi voleybol millimizin baş məşqçisi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqasındakı rəqibləri arasında təcrübəli komandalar da var.

Presssport.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Fərid Cəlalov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, turnirə hazırlıqlarının davam etdiyini söyləyib: "Oyunlarımızın başlamasına az vaxt qalıb. İlk matçlarımız İsveç və Gürcüstan millilərinə qarşı səfərdə olacaq. Rəqiblərimizi təhlil etmişik. Düşünürəm ki, istədiyimiz oyunu göstərə bilsək, qalib gələ bilərik. Əlbəttə, rəqiblərimiz arasında daha təcrübəli komandalar da var. Bu il heyətimizə təcrübəli oyunçularla yanaşı, gəncləri də cəlb etmişik. Çalışmalıyıq ki, hər bir qarşılaşmada gözəl oyun göstərək və qalib gələk".

Xatırladaq ki, millimiz Gümüş Avropa Liqasında ilk oyununu iyunun 6-da İsveç yığmasına qarşı keçirəcək.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC