AFFA Gənclər Liqasında 36-cı turun oyunları keçirilib.
Presssport.az xəbər verir ki, “Sabah”ın U-19 komandası bu turda səfərdə “Zirə” ilə qarşılaşıb.
Binə qəsəbə stadionunda keçirilən matç Masazır təmsilçisinin böyük hesablı qələbəsi ilə nəticələnib – 4:0.
Qollara Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev imza atıb.
Bu qələbə ilə xallarının sayını 89-a çatdıran "Sabah", mövsümün bitməsinə 3 tur qalmış, çempionluğunu rəsmiləşdirib.
Xatırladaq ki, xorvatiyalı Adino Mustedanaqiçin baş məşqçi olduğu “Sabah” U-29-i ötən mövsümdə də çempionluğa nail olmuşdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC